Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qazax, Yevlax, Zaqatala və Göygöl rayonları ərazisində yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

19.06.2009

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax RPŞ əməkdaşları tərəfindən Qazax rayonu ərazisində 0,1 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2300 kiloqram olan 8200 ədəd, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yevlax RPŞ əməkdaşları Qaramanlı kəndi ərazisində 0,37 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2 ton 936 kiloqram olan 28714 ədəd, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Zaqatala RPŞ əməkdaşları Kəpənəkçi kəndi ərazisində 2,5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 3 ton 770 kiloqram olan 7620 ədəd,  DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Göygöl RPŞ əməkdaşları Qızılqaya qəsəbəsi ərazisində 2,8 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2 ton 130 kiloqram olan 3674 ədəd çətənə kolları yığılaraq məhv edilmişdir.

19.06.2009 tarixinə olan kriminal məlumatlar