Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qız Qalasının partladılacağı barədə "112" Xidmətinə yalan məlumat vermiş Şamaxı rayon sakini Vüsal Xəlilov saxlanılmışdır

20.06.2009

İyunun 21-də saat 01.30 radələrində naməlum şəxs "112" Xidmətinə zəng edərək Qız Qalasının ermənilər tərəfindən partladılacağını bildirmişdir. Müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır. Araşdırmalar zamanı yalan məlumatın Şamaxı rayon sakini Vüsal Xəlilov tərəfindən verilməsi müəyyən edilmişdir. Bakı Şəhər Baş Polis İdarəsi və Şamaxı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Xəlilov saxlanılmışdır.

20.06.2009 tarixinə olan kriminal məlumatlar