Səbail rayonu Badamdar qəsəbəsinin sakini Azər Verdiyevin mənzilində yanğın baş vermişdir
18.06.2009 Saat 16.30 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi ev 9 mənzil 32-də Azər Verdiyevə məxsus ümumi sahəsi 100 kvadratmetr olan 4 otaqlı mənzilində yanğın baş vermişdir. Nəticədə 2 kvadratmetr sahədə mənzilin yanar konstruksiyaları yanmışdır. Tüstüdən zəhərlənmə ilə xəstəxanaya gətirilmiş A.Verdiyəvə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Araşdırmalar aparılır.