Salyan rayon sakinləri İlham Nəcəfov və Akif Babayev həmyerliləri Asif Hüseynovun meyitini Kür çayına atmalarını etiraf etmişlər
18.06.2009 İyunun 19-da Salyan rayonunda, rayon sakinləri İlham Nəcəfov və Akif Babayev şübhəli şəxs qismində RPŞ-nə gətirilmişlər. İ.Nəcəfovdan 0,2 qram həşiş qətranı götürülmüşdür. Onlar 3 il əvvəl - 29 aprel 2006-cı il tarixdə rayon sakini Asif Hüseynovla narkotik vasitə qəbul etmələrini, bundan sonra A.Hüseynovun ölməsini, habelə onun meyitini Kür çayına atmalarını etiraf etmişlər. A.Hüseynovun cəsədinin tapılması üçün tədbirlər görülür.