7 il əvvəl Gəncə şəhər sakini Nəriman Ələsgərovu qətlə yetirmiş Gədəbəy rayon sakini Sevda Məmmədova tutulmuşdur
17.06.2009 DİN Baş Cinayət-Axtarış İdarəsi, Gəncə Şəhər Polis İdarəsi və Gəncə şəhər Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 7 il əvvəl - 2002-ci il avqustun 20-də Gəncə şəhər sakini Nəriman Ələsgərovu qətlə yetirmiş Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Sevda Məmmədova tutulmuşdur.