İyunun 13-də Binəqədi rayonu Azadlıq prospektində Rövşən Məmmədov müəyyən olunmamış avtomaşınla vurulmuşdur
13.06.2009 İyunun 13-də Binəqədi rayonu Azadlıq prospektində, müəyyən olunmamış avtomaşınla Şərur rayon sakini Rövşən Məmmədov vurulmuşdur. Nəticədə xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilmişdir. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.