Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quba rayonunun Qırmızı qəsəbə sakini Qalil Nişanova məxsus dülgərlik emalatxanasında yanğına keçən ani partlayış baş vermişdir

27.12.2005

Saat 11:00 radələrində Quba rayonunun Qırmızı qəsəbəsində, qəsəbə sakini Qalil Nişanova məxsus dülgərlik emalatxanasında yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə bütövlükdə emalatxananın yanar konstruksiyaları yanmış, Q.Nişanov, oğlu Raul, oranın işçisi Mübariz Məlikməmmədov isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.