Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Vüsal Rzayevə məxsus avtomaşına baxış zamanı silah və narkotik vasitə aşkar edilərək götürülmüşdür

10.06.2009

İyunun 9-da saat 05.00 radələrində Yasamal rayonu H.Cavid prospekti ilə M.Müşfiq küçəsinin kəsişmələrindəki müşahidə kamerasının altında "BMW-X5" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Vüsal Rzayev yol-hərəkət qaydasını kobud surətdə pozduğu üçün Bakı BPİ Dövlət Yol Polisi İdarəsi və Yasamal RPİ əməkdaşları tərəfindən  saxlanılmışdır. Avtomaşına baxış zamanı 1 ədəd "Blov-Compact Mod-2002" modeli qaz tapançası, 7 ədəd güllə, 1 ədəd güllə darağı, 1 ədəd süngü-bıçaq və 1,59 qram həşiş aşkar edilərək götürülmüş, şüşələrində olan qara örtüklər çıxarılmışdır. Faktla əlaqədar cinayət işi başlanmışdır.

10.06.2009 tarixinə olan kriminal məlumatlar