Dələduzluq etdiklərinə görə tutulmuş S.İsmayılovun və D.İmanovanın ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində əlavə faktlar müəyyən edilmişdir
10.06.2009 Masallı RPŞ əməkdaşları tərəfindən dələduzluq etdiklərinə görə tutulmuş S.İsmayılovun və D.İmanovanın ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində, onların 2008-ci ilin oktyabr ayında Cəlilabad rayon sakini A.Axundovun və Salyan rayon sakini N.İmanovun etimadlarını qazanaraq müvafiq olaraq onlardan 3.500 və 9.000 dollar almaları müəyyən edilmişdir.