Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

10.06.2009

İyunun 11-də saat 02.10 radələrində Qaradağ rayonu ərazisində Masallı rayon sakini Əfsər Həmidovun idarə etdiyi "QAZ-3302111" markalı və Sumqayıt şəhər sakini Amil Camalovun idarə etdiyi "QAZ-33021" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə A.Camalovun sərnişini, Sumqayıt şəhər sakini Ziya Abduləzizov hadisə yerində ölmüşdür. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır.   

10.06.2009 tarixinə olan kriminal məlumatlar