Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 42 cinayət faktı qeydə alınmışdır

08.06.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmışdır ki, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 3 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.
  • 5 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.

08.06.2009 tarixinə olan kriminal məlumatlar