Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabirabad rayonunun Nizami kəndi ərazisində yol-nəqliyyat hadisəsi

08.06.2009

Saat 07.45 radələrində Sabirabad rayonunun Nizami kəndi ərazisində Füzuli rayon sakini Mikayıl Qasımovun idarə etdiyi "VAZ-2107" markalı, Sabirabad rayon sakini Yadigar Hümbətovun idarə etdiyi "VAZ-21011" markalı və Beyləqan rayon sakini Muxtar Fərzəliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış M.Fərzəliyevin sərnişinləri, Beyləqan rayon sakinləri Cəmilə Əsədova, Rəşad Əsədov, Turcan Fərzəliyeva, M.Qasımovun sərnişinləri, Tərtər rayon sakini Muxtar Muxtarov, Orxan Muxtarov və Mələkxanım Muxtarova xəstəxanaya yerləşdirilmişlər. C.Əsədova və T.Fərzəliyeva orada ölmüşlər. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır.

08.06.2009 tarixinə olan kriminal məlumatlar