Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

05.06.2009

Saat 22.00 radələrində Gəncə şəhəri ərazisində, Bərdə rayon sakini Aqşin Abdullayevin idarə etdiyi "VAZ-21099" markalı, Goranboy rayon sakini Əvəz Aslanovun idarə etdiyi "VAZ-21011" markalı  və sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş yük avtomaşınları toqquşmuşlar. Nəticədə A.Abdullayev hadisə yerində ölmüş, xəsarət almış sərnişini, Bakı şəhər sakini Elgiz Kasayev, habelə hadisə yerinin yaxınlığında olan Goranboy rayon sakini Habil Qasımov isə xəstəxanaya yerləşdirilmişlər. Kəpəz RPŞ tərəfindən araşdırmalar aparılır.

05.06.2009 tarixinə olan kriminal məlumatlar