Əli Bayramlı şəhər sakini Bahalı Mirzəyevaya məxsus evdə təbii qazın sızması nəticəsində yanğına keçən partlayış baş vermişdir
25.12.2005Saat 05:30 radələrində Əli Bayramlı şəhəri Xanlar küçəsində yaşayan Bahalı Mirzəyevaya məxsus 1 mərtəbəli 4 otaqlı evdə təbii qazın sızması nəticəsində yanğına keçən partlayış baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, B.Mirzəyeva isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.