Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 40 cinayət faktı qeydə alınmışdır

04.06.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 40 cinayət faktı qeydə alınmışdır ki, onların da 28-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 2 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.     
  • 4 yanğın hadisəsi qeydə alınmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 37 nəfər tutulmuşdur.

04.06.2009 tarixinə olan kriminal məlumatlar