Təfəkkür Universitetinin mətbuat xidmətinin rəhbəri Ş.Xanməmmədov saxta diplom satarkən tutulmuşdur
03.06.2009 DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təfəkkür Universitetinin mətbuat xidmətinin rəhbəri Şirməmməd Xanməmmədov Bakı şəhər sakini Günel Məmmədovaya Rusiya Federasiyası Tümen İndustriya Universitetini bitirməsi barədə saxta diplomu 7.500 dollara satarkən tutulmuşdur.