Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəki şəhərinin Daşüz kəndi ərazisində yol-nəqliyyat hadisəsi

03.06.2009

Saat 23.20 radələrində Şəki şəhərinin Daşüz kəndi ərazisində Aqşin Gülməmmədov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən kənd sakini Fəxrəddin Cəbrayılovun idarə etdiyi "MTZ-80" markalı traktora vurmuş, sonradan idarəetməni itirərək Goranboy rayon sakini Zaur Sadıqovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla toqquşmuşdur. Nəticədə A.Gülməmmədovun sərnişinlərindən anası Narın xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış arvadı Lətifə isə xəstəxanaya yerləşdirilmişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır.

03.06.2009 tarixinə olan kriminal məlumatlar