Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əzizbəyov rayonu Xaşaxuna bağlar sahəsində qətl hadisəsi baş vermişdir

02.06.2009

Saat 20.30 radələrində Əzizbəyov rayonu Xaşaxuna bağlar sahəsi ev 178/3-də, orada yaşayanlar Tərlan Cəfərov və onun qardaşı Musa bıçaqla qətlə yetirilmiş, qohumları İsmayıl Cabbarov və Yeni Günəşli qəsəbə sakini Əfqan Mirzəyev isə bıçaq xəsarətləri almışlar. İ.Cabbarov və Ə.Mirzəyev xəstəxanaya yerləşdirilmişlər. Əzizbəyov RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsndə şübhəli bilinən Bakı şəhər sakinləri Ramin Ramazanov, Kamran Mirzəyev və onun qardaşı Mehrac saxlanılmış, digər iştirakçıların müəyyən edilib tutulması üçün tədbirlər davam etdirilir. Əzizbəyov RPİ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.