Xətai rayonunda yaşayan Arzu Şirəliyevi qətlə yetirmiş Ağdam rayon sakini Əli Rəsulov tutulmuşdur
03.06.2009 İyunun 4-də saat 01.10 radələrində Xətai rayonu G.Mehmandarov küçəsi ev 96-nın qarşısında, həmin evin 42-ci mənzilində yaşayan Arzu Şirəliyevin bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağdam rayon sakini Əli Rəsulov tutulmuşdur.