Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dələduzluq etmiş S.İsmayılov və D.İmanova tutulmuşlar

02.06.2009

Masallı RPŞ əməkdaşları tərəfindən iyunun 2-də dələduzluq etdiklərinə görə tutulmuş S.İsmayılovun və D.İmanovanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2008-ci il ərzində rayon sakinləri Xaləddin Axundovun, Qədir Əhmədovun, Zahid Azayevin, Baba Xəlilovun, Xeyrulla Əhədovun, Mais Məmmədovun, Aydın Əsədovun, Şahhüseyn Hüseynovun, Hacıəli Hacıyevin, Cəlilabad rayon sakinləri Abdulla Əliyevin, Məhəmmədəli Abbasovun və Bakı şəhər sakini Elşən Rəhimovun etimadlarını qazanaraq müvafiq olaraq onlardan 4.700, 7.200 manat, 17.000, 13.500, 30.000 dollar, 6.600, 15.600 manat, 31.800, 20.000, 12.000, 24.500 və 24.500 dollar almaları müəyyən edilmişdir.