Nizami rayonu Məhsəti küçəsi 1-də yerləşən "Zəngi" litseyinə partlayıcı qurğu qoyulması barədə daxil olmuş məlumat təsdiqini tapmamışdır
29.05.2009 Saat 16.57 radələrində naməlum şəxs mobil telefonla (telefonun Bakı şəhər sakini Məhi Zeynalova məxsus olması və itirilməsi müəyyən edilmişdir) DİN-in "102" Zəng Mərkəzinə zəng edərək Nizami rayonu Məhsəti küçəsi 1-də yerləşən "Zəngi" litseyinə partlayıcı qurğu qoyulması barədə məlumat vermişdir. Müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır.