Bakı şəhər sakini Aqil İsrafilov və Ucar rayon sakini Cərulla Hüseynov qanunsuz olaraq valyuta alqı-satqısı ilə məşğul olduqları üçün tutulmuşdur
28.05.2009 DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 27-də H.Cavid prospektində Bakı şəhər sakini Aqil İsrafilov qanunsuz fəaliyyət göstərən valyutadəyişmə məntəqəsində valyuta alqı-satqısı ilə məşğul olduğu üçün tutulmuşdur. Valyutadəyişmə məntəqəsinə baxış zamanı 370 dollar və 420 manat aşkar edilərək götürülmüşdür.
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 27-də H.Cavid prospektində, Ucar rayon sakini Cərulla Hüseynov qanunsuz fəaliyyət göstərən valyutadəyişmə məntəqəsində valyuta alqı-satqısı ilə məşğul olduğu üçün tutulmuşdur. Valyutadəyişmə məntəqəsinə baxış zamanı 1500 rubl, 400 dollar və 225 manat aşkar edilərək götürülmüşdür.