Bakı şəhər sakinləri Rasim Ələsgərov və İlham Məhərrəmov tutulmuşlar
28.05.2009 Mayın 28-də Bakı şəhər sakinləri Rasim Ələsgərov və İlham Məhərrəmov vətəndaş Z.Quliyevanın mobil telefonuna mesaj göndərərək rüsvayedici disk yazısının olmasını bildirərək may ayının 29-da saat 15.00-dək 2500 manat verməsini tələb etmişlər. Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Ələsgərov və İ.Məhərrəmov tutulmuş və barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.