Bakı şəhər sakini Kamil Bağırbəyov Nina Şevçenkonun etimadını qazanaraq ona məxsus evi 100000 dollara sataraq pulunu mənimsəmişdir
28.05.2009 2008-ci ilin may ayında Bakı şəhər sakini Kamil Bağırbəyov Telnov küçəsi ev 36-da yaşayan Nina Şevçenkonun etimadını qazanaraq ona məxsus evi 100000 dollara sataraq pulunu mənimsəmişdir. Faktla əlaqədar 27.05.09 tarixdə Xətai rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış və toplanmış materiallar Xətai RPİ-yə göndərilmişdir.