Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomaşın qaçırmış və oğurluq etmiş Sabunçu qəsəbə sakini Rahid İsmayılov tutulmuşdur

28.05.2009

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-də R.Təhməzova məxsus avtomaşından oğurluq etmiş Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rahid İsmayılov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun martın 14-də M.Orucova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırması, aprelin 6-da Z.Hümbətova, mayın 28-də C.Əliyevə və mayın 28-də İ.Məmmədova məxsus avtomaşınlardan oğurluq etməsi müəyyən edilmişdir.

28.05.2009 tarixinə olan kriminal məlumatlar