Masallı rayonunun Qızılavar kənd sakini Təhmasib Nəsirov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ölmüşdür
28.05.2009Saat 14.20 radələrində Masallı rayonunun Qızılavar kəndi ərazisində, kənd sakini Təhmasib Nəsirov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət almışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Nəsirov orada ölmüşdür. Masallı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür. Araşdırmalar aparılır.