Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ucar rayonunun Qulabənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

27.05.2009

Mayın 29-da saat 00.30 radələrində Ucar rayonunun Qulabənd kəndi ərazisində, kənd sakini Yasin Rəhimovun idarə etdiyi "VAZ-2106" markalı, Alpı kənd sakini Zaur Şirəliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar və Bağırbəyli kənd sakini Vüqar Cəbrayılovun idarə etdiyi "Belarus" markalı traktor toqquşmuşlar. Nəticədə Z.Şəirəliyevin sərnişini, həmkəndlisi Samir Məmmədov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini, həmkəndlisi Rövşən Əhmədov isə xəstəxanaya yerləşdirilmişlər. Z.Şirəliyev orada ölmüşdür. Ucar RPŞ tərəfindən araşdırmalar aparılır.