Gün ərzində 14 cinayət faktı qeydə alınmışdır
22.12.2005Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 14 cinayət faktı qeydə alınmışdır ki, onların da 10-u "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 6 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 5 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 10 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.