Qusar rayon sakini A.Ağakərimovun xəsarət yetirilməsi nəticəsində ölməsi faktı ilə əlaqədar cinayət işi başlanmışdır
25.05.2009 Saat 14.10 radələrində Qusar rayonunun Saleh-Oba kəndinin yaxınlığındakı otlaq sahəsindən kənd sakini Abdulrəhim Ağakərimov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölmüşdür. Faktla əlaqədar cinayət işi başlanmışdır. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.