Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 19 cinayət faktı qeydə alınmışdır

20.03.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 19 cinayət faktı qeydə alınmışdır ki, onların da 18-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 10 nəfər yaralanmışdır. Gün ərzində 14 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yanıq xəsarəti almışdır. Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 5 fakt müəyyən edilmişdir.