Bakı şəhər sakini Ə.Şirinova hədə-qorxu gələrək ondan 10.000 dollar almış Gəncə şəhər sakini G.Ağayeva tutulmuşdur
24.05.2009 Saat 19.00 radələrində Gəncə şəhər sakini Günel Ağayeva Bakı şəhər sakini Əkbər Şirinova hədə-qorxu gələrək ondan 10.000 dollar almışdır. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Ağayeva tutulmuşdur. Araşdırmalar zamanı G.Ağayevanın 2008-ci ilin oktyabr ayında da Ə.Şirinovu hədələyərək ondan 10.000 dollar alması müəyyən edilmişdir.