Aprelin 29-da tutulmuş S.Mustafayevanın 2008-ci il ərzində bir neçə vətəndaşın etimadını qazanaraq böyük məbləğdə pullarını alması müəyyən edilmişdir
24.05.2009 Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən aprelin 29-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olduğuna görə tutulmuş Rusiya Federasiyası vətəndaşı S.Mustafayevanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun 2008-ci il ərzində Bakı şəhər sakini Mahir Əhmədovun, Ağsu rayon sakini Mətləb Əsgərovun və Gədəbəy rayon sakini Fidail Tağıyevin etimadlarını qazanaraq, onlardan müvafiq olaraq 24.300 manat, 5.000 və 35.000 dollar alması müəyyən edilmişdir.