Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 37 cinayət faktı qeydə alınmışdı

21.05.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmışdır ki, onların da 22-si "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.  

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 3 nəfər isə yaralanmışdır.     
  • 5 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüş, 1 nəfər  isə yaralanmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.