Xətai rayonunun H.Aslanov qəsəbəsinin ərazisindəki taxta sexində yanğın baş vermişdir
22.05.2009 Mayın 23-də saat 04.25 radələrində Xətai rayonunun H.Aslanov qəsəbəsinin ərazisindəki ümumi sahəsi 500 kvadratmetr olan taxta sexində yanğın baş vermişdir. Nəticədə bütövlükdə sexin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, orada olan yanıq xəsarətləri almış Bakı şəhər sakini Fuad Rzayev və Ağdam rayon sakini Orxan Musayev xəstəxanaya yerləşdirilmişlər. O.Musayev orada ölmüş, F.Rzayevin vəziyyəti isə ağırdır.