Gəncə şəhər sakinləri Səfər Bayramov və Coşqun Mərdanov bıçaqla bir-birinə xəsarət yetirmişlər
21.05.2009 Mayın 23-də saat 05.30 radələrində Gəncə şəhəri Ə.Əliyev küçəsi ev 4/15-də Səfər Bayramov həmyerlisi Coşqun Mərdanov arasında qısqanclıq zəminində baş vermiş münaqişə zamanı onlar bir-birinə bıçaqla xəsarət yetirmişlər. Nəticədə xəsarət almış S.Bayramov və C.Mərdanov xəstəxanaya yerləşdirilmişlər. C.Mərdanov orada ölmüş, S.Bayramovun vəziyyəti isə qənaətbəxşdir.