Axtarışda olan Rəna Bədəlzadə Birləşmiş Ərəb Əmirliklərində tutulmuşdur
21.05.2009 Yasamal RPİ tərəfindən CM-nin 144 (adam oğurluğu) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri ilə axtarışda olan Rəna Bədəlzadə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərində tutulmuşdur. Onun ekstradisiyası üçün tədbirlər görülür.