Xuliqanlıq etmiş Kürdəmir rayon Sorsor kənd sakini Natiq Məmmədov tutulmuşdur
20.05.2009 Mayın 21-də Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Sorsor kənd sakini Natiq Məmmədov Aran qəsəbə sakini Zabil Mirzəliyevə məxsus mağazada olarkən xuliqanlıq zəminində pnevmatik tapançadan 3 dəfə atəş açaraq mağazanın pəncərə şüşəsini sındırmışdır. Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Məmmədov tutulmuş və ondan 1 ədəd pnevmatik tapança götürülmüşdür.