Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Saxta şəxsiyyət vəsiqəsi hazırlayıb satmağa cəhd göstərən şəxslər tutulmuşlar

19.05.2009

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - Azərbaycan respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikinin redaktoru İrina Konovalova və "İşgəncələrə Qarşı Komitə" qeyri-hökumət təşkilatının həmtəsisçisi Pərviz Dəyistani saxta şəxsiyyət vəsiqəsi hazırlayıb satarkən tutulmuşlar. İ.Konovalovanın evinə baxış zamanı saxta sənədlərin hazırlanması üçün nəzərdə tutulmuş blank, arayış, hüquq verən sənəd nümunələri, müxtəlif möhürləri özündə əks etdirən disket, kompüter və skayner aşkar edilərək götürülmüşdür. 

Faktla əlaqədar BMCMİ-nin İstintaq şöbəsində cinayət işi başlanmışdır. İstintaq aparılır.

19.05.2009 tarixinə olan kriminal məlumatlar