İstifadə müddəti bitmiş ərzaq məhsulları aşkar edilərək məhv edilmişdir
19.05.2009Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində mayın 19-da Bakı şəhəri Heydər Əliyev prospekti 102-də yerləşən, Bakı şəhər sakini Niyazi Şükürov tərəfindən icarəyə götürülmüş anbarlara baxış zamanı 3 çeşiddə istifadə müddəti bitmiş 1004 kioqram şirniyyat məhsulları, habelə Bakı şəhəri Babək prospekti ev 22/16-da yerləşən "Elay Loqistik Treydinq Kompani" MMC-nin anbarlarına baxış zamanı isə 31 adda 1 ton istifadə müddəti bitmiş ərzaq məhsulları aşkar edilmişdir.
Məhsullar satışdan çıxarılaraq Nizami rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə məhv edilmişdir