Bakı şəhər sakinləri Kamil Ataşov və Elxan Cəfərov tərəfindən döyülərək qətlə yetirilmiş İsrail Rəhmətinin Mərdəkan qəsəbəsi ərazisində bağ evində basdırılması müəyyən edilmişdir
19.05.2009 2008-ci il iyunun 8-də Bakı şəhər sakini İsrail Rəhmətinin itkin düşməsi faktı ilə əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən 27.11.08 tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanmışdır. Bakı şəhər Prokurorluğu, Nərimanov RPİ və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində İ.Rəhmətinin 04.06.08 tarixdə saat 18.30 radələrində Mərdəkan qəsəbəsi S.İsgəndərov küçəsindəki 24 saylı bağ evində Bakı şəhər sakinləri Kamil Ataşov və Elxan Cəfərov tərəfindən tamah məqsədilə döyülərək qətlə yetirilməsi və həmin evin həyətində basdırılması müəyyən edilmişdir. İ.Rəhmətinin meyiti eksqumasiya edilmişdir. K.Ataşov və E.Cəfərov tutulmuşlar. Şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə başlanmış cinayət işi 28.01.09 tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinə tövsif edilmişdir.