Qohumları Elnura və onun atası Məhəmmədə bıçaqla ağır bədən xəsarəti yetirmiş Hafiz Hüseynov tutulmuşdur
18.05.2009 Mayın 19-da saat 00.50 radələrində Xırdalan şəhər sakini Aidə Hüseynova polisə zəng edərək oğlu Elnurun kürəkəni Hafiz tərəfindən bıçaqlanması barədə məlumat vermişdir. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlumat təsdiqini tapmış, Hafiz Hüseynovun münaqişə zəminində qohumları Elnura və onun atası Məhəmmədə bıçaqla ağır bədən xəsarəti yetirməsi müəyyən edilmişdir. H.Hüseynov tutulmuşdur.