Quldurluq etmiş İsmayıllı rayon sakini Rəşad Mazanov tutulmuşdur
17.05.2009 Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Seymur Səfərova qarşı quldurluq etmiş digər şəxs, İsmayıllı rayon sakini Rəşad Mazanov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin yanvar ayının 14-də metronun "İnşaatçılar" stansiyası yaxınlığında Bakı şəhər sakini Bəxtiyar Həsənova məxsus "Tofaş" markalı avtomaşına sərnişin qismində oturaraq Xırdalan şəhərinə gedəcəyini bildirməsi və onu bıçaqla hədələyərək 139 manatını alması müəyyən edilmişdir.