Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini Mətanət Abdullayevanı hədələyərək pul tələb etmiş şəxslər tutulmuşlar

17.05.2009

Saat 10.12 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini Mətanət Abdullayeva polisə zəng edərək mobil telefonuna naməlum şəxs tərəfindən zəng edilərək uşağının oğurlanması ilə hədələnməsi və 1.000 manat tələb ediməsi barədə məlumat vermişdir. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zəng etmiş Bakı şəhər sakinləri Bəhmən Əliyev və Şamxal Hüseynli saxlanılmışlar. Araşdırmalar aparılır.

17.05.2009 tarixinə olan kriminal məlumatlar