Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kəpəz rayonu M.Abbaszadə küçəsində yol-nəqliyyat hadisəsi

14.05.2009

Saat 02.00 radələrində Kəpəz rayonu M.Abbaszadə küçəsində, rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Qurbanov sərxoş halda "Mercedes" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən həmyerlisi Rüstəm Əliyevin idarə etdiyi "VAZ-21061" markalı avtomaşına vurmuş, sonradan idarəetməni itirərək avtomaşını çaya aşırmışdır. Nəticədə xəsarət almış R.Qurbanov və R.Əliyevin sərnişinləri, qardaşı Nicat və Gəncə şəhər sakini Könül Ağakişiyeva xəstəxanaya yerləşdirilmişlər. Kəpəz RPŞ tərəfindən araşdırmalar aparılır.