Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yol-nəqliyyat hadisəsi

14.05.2009

Saat 20.30 radələrində Göygöl rayonunun Yeni Zod kəndi ərazisində Çaykənd kənd sakini Mətləb Allahverdiyev "UAZ" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə M.Allahverdiyev və sərnişini, Hacıkənd kənd sakini Nazim Alışov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Yunis Abbasov isə xəstəxanaya yerləşdirilmişdir. Göygöl RPŞ tərəfindən araşdırmalar aparılır.