Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakini Elçin İbrahimovun idarə etdiyi avtomaşının qaşırılmış olması müəyyən edilmişdir

14.05.2009

DİN Baş Dövlət Yol Polisi İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 15-də Dövlət Yol Polisi postunda Gəncə şəhər sakini Elçin İbrahimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına nəzarət qaydasında baxış keçirilmişdir. Avtomaşının dövlət qeydiyyat nişanlarının Bakı şəhər sakini  Zaur Əhmədova məxsus "BMW" markalı avtomaşına aid olması, avtomaşının isə mayın 12-də Bakı şəhər Binəqədi rayon sakini Əhliman Quliyevin evinin qarşısından qaçırılmış avtomaşın olması müəyyən edilmişdir. E.İbrahimov avtomaşını Ramin adlı şəxsdən 900 manata aldığını bildirmişdir. Toplanmış materiallar sonrakı araşdırmalar aparılması üçün aidiyyatı üzrə Binəqədi RPİ-yə göndərilmişdir.