Hacıqabul rayonu rayon sakini Elnur Abuzərov münaqişə zəminində həmyerlisi Bəxtiyar Əsədova bıçaqla qətlə yetirmişdir
13.05.2009 Saat 21.40 radələrində Hacıqabul rayonu ərazisində, rayon sakini Elnur Abuzərov münaqişə zəminində həmyerlisi Bəxtiyar Əsədova bıçaqla xəsarət yetirmişdir. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Əsədov orada ölmüşdür. Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Abuzərov tutulmuşdur.