Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

13.05.2009

Saat 16.30 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində, qəsəbə sakinləri Aslan Hacıbalayevin idarə etdiyi "VAZ-2106" markalı, Ülvi Əmiraslanovun idarə etdiyi "BMW" markalı və Zığ  qəsəbə sakini İsmayıl Həsənovun idarə etdiyi "Mercedes" markalı  avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış A.Hacıbalayev və sərnişini, Bakı şəhər sakini Məhbubə Balakişiyeva xəstəxanaya yerləşdirilmişlər. A.Hacıbalayev orada ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırmalar aparılır.

13.05.2009 tarixinə olan kriminal məlumatlar