Münaqişə zəminində ov tüfəngindən atəş açaraq qardaşını qətlə yetirmiş Salyan rayon sakini M.Səfərov tutulmuşdur
11.05.2009 Saat 15.15 radələrində Salyan rayonunun Sarvan kəndində, kənd sakini Müzəffər Səfərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qardaşı, ruhi xəstə İlqara xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Səfərov orada ölmüşdür. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Səfərov tutulmuş, ondan 1 ədəd ov tüfəngi götürülmüşdür.