Bakı şəhər sakinləri X.Kərimov və A.Xudayarov hazırladıqları saxta diplomları satarkən yaxalanmışlar
11.05.2009 DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Xanlar Kərimov və Adil Xudayarov cinayət əlaqəsinə girərək Məmmədov Emil Xanlar oğlunun adına Tibb Universitetini bitirməsi barədə 1 ədəd, Axundov Elqar İmran oğlunun adına Neft Akademiyasını bitirməsi barədə 1 ədəd saxta diplomları hazırlayaraq hər birini 350 manata satarkən yaxalanmışlar.